Bu ölkədə suyun tarifi 33 % bahalaşa bilər | Banco.az

Bu ölkədə suyun tarifi 33 % bahalaşa bilər

Müəllif - Aida İsaq, Banco.az

Ukraynada su tarifləri su təchizatı müəssisələrinin tələbi ilə iyulun 1-dən 33% artırıla bilər.

Banco.az xəbər verir ki, təchizatçı şirkətlərin nümayəndələrinin sözlərinə görə, su təsərrüfatının itkiləri 2022-ci ildə 4,4 milyard qrivna təşkil edib. (120 milyon dollardan çox) Cari ildə bu səviyyə 3,4 milyard qrivnaya (təxminən 93 milyon dollar) çatıb. Qeyd olunur ki, son 10 ildə ölkədə minimum əmək haqqı 5,5 dəfə, elektrik enerjisinin dəyəri 5,2 dəfə, suyun tarifləri isə 2,9-4 dəfə artıb.

Qeyd edək ki, iyunun 1-dən Ukrayna hakimiyyəti əhali üçün elektrik enerjisinin qiymətini 1,44 qrivnadan (0,04 dollar) 2,64 qrivnaya (0,07 dollar) kimi qaldırıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram