Aİ və Azərbaycan Cənub Qaz Dəhlizinin genişləndirilməsinə sərmayə qoyuluşunu təmin etmək üçün çalışır | Banco.az

Aİ və Azərbaycan Cənub Qaz Dəhlizinin genişləndirilməsinə sərmayə qoyuluşunu təmin etmək üçün çalışır

Avropa İttifaqı (Aİ) Cənub Qaz Dəhlizinin infrastrukturunun genişləndirilməsinə sərmayələrin yatırılmasını təmin etmək üçün azərbaycanlı tərəfdaşlarla işi davam etdirir.

Bu barədə Aİ nümayəndəsi məlumat verib.

"REPowerEU planı və Aİ ilə Azərbaycan arasında yeni strateji enerji tərəfdaşlığına dair Anlaşma Memorandumu 2027-ci ilə qədər Cənub Qaz Dəhlizinin illik gücünü iki dəfə artıraraq 20 milyard kubmetrə çatdırmaq məqsədini daşıyır. Bu, Avropanın enerji ehtiyatlarının təmin edilməsində mühüm rol oynayacaq. Cənub Qaz Dəhlizinin genişləndirilməsi onun Avropa hissəsinin, Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) modernləşdirilməsini nəzərdə tutur”, - Aİ nümayəndəsi bildirib.

Mənbənin sözlərinə görə, bundan əlavə, Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) 2022-ci ildə ilkin gücü ildə 3 milyard kubmetr olmaqla, daha sonra 5 milyard kubmetrə qədər artırılaraq istismara başlayıb.

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram