ABŞ Hindistanla yüksək texnologiyalar sahəsindəki maneələri aradan qaldıracaq | Banco.az

ABŞ Hindistanla yüksək texnologiyalar sahəsindəki maneələri aradan qaldıracaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Hindistanla yüksək texnologiyalar sahəsindəki maneələri aradan qaldıracaq.

Banco.az xəbər verir ki, ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan Hindistanın paytaxtı Yeni Dehlidəki təmasları çərçivəsində iş adamları ilə görüşüb.

Sullivan buradakı açıqlamalarında Hindistanın Baş naziri Narendra Modinin Vaşinqtona rəsmi səfəri əsnasında bir çox mövzunun müzakirə olunacağına diqqət çəkib. O, həmçinin vurğulayb ki, Modinin səfəri zamanı ABŞ və Hindistan arasında müdafiə və yüksək texnologiya kimi kritik sahələrdə ticarətə maneələrin aradan qaldırılması üçün addımlar atıla bilər.

Bu sahələrin “5G və 6G telekommunikasiya texnologiyaları, yarımkeçirici təchizat zəncirləri, süni intellekt və qabaqcıl hesablama kimi strateji sahələrdə ola biləcəyini dilə gətirən Sullivan eyni zamanda Modi ilə də görüş keçirib.

Xatırladaq ki, Ceyk Sullivan iyunun 22-də Modinin Vaşinqtona rəsmi səfərinə yekun hazırlıqları həyata keçirmək üçün Hindistandadır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram