Bank BTB
İstehlak kreditləri üzrə Kiçik mütəxəssis/Mütəxəssis/Aparıcı mütəxəssis - Əcəmi filialı
Vakansiya haqqında məlumat:
Bank “BTB” ASC “Əcəmi” filialı, İstehlak kreditləri şöbəsi üzrə Kiçik mütəxəssis/Mütəxəssis/Aparıcı mütəxəssis vəzifəsinə işə qəbul elan edir
2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.
Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
İş barədə məlumat:
- Yeni müştərilərin banka cəlb edilməsini təmin edir;
- Bankın bütün müştərilərini yeni və mövcud istehlak kredit məhsulları ilə tanış edir;
- İstehlak krediti məhsullarının mövcud qaydalar və şərtlər çərçivəsində satışını həyata keçirir;
- Kredit sifarişlərini qəbul edir, bankdaxili qaydalara uyğun olaraq, onları qiymətləndirir, sifarişləri hazırlayır və kreditlərin ödənişlərinə nəzarət edir;
- Bankdaxili qaydalara və kreditlərin şərtlərinə əsasən kreditlərin monitorinqlərini aparır;
- Portfelə nəzarəti həyata keçirir;
Namizədə tələblər:
- Ali təhsil;
- Bank və ya bank olmayan kredit təşkilatında ən az 1 il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı , rus dilini bilmək arzu olunandır.;
- Analitik düşüncə, Ünsiyyətqurma və komandada işləmək bacarığı;
- MS office proqramlarında yüksək səviyyədə işləmək bacarığı
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (“Əcəmi” filialı, İstehlak kreditləri üzrə Kiçik mütəxəssis/Mütəxəssis/Aparıcı mütəxəssis) göstərməyiniz xahiş olunur.