Müəllif: Tamara Mustafayeva, Banco.az
Hindistanda inflyasiya 2021-ci ilin yanvarından bəri ən aşağı səviyyəyə düşüb.
Banco.az xəbər verir ki, Hindistanın istehlak qiymətləri indeksi may ayında illik 4,25 faiz artaraq 2021-ci ilin yanvarından bəri qeydə alınan ən aşağı inflyasiya səviyyəsini reallaşdırıb.
Bu göstərici aprel ayının 4,7 faizlik inflyasiya səviyyəsindən və ekspertlərin bu ay üçün 4,42 faizlik proqnozlarından aşağı nəticədir.
Qeyd edək ki, dərc olunan hökumət məlumatları göstərir ki, sözügedən dövrdə ölkədə ən çox qiymət artımı 6,64 faiz nisbəti ilə geyim və ayaqqabı sektorunda qeydə alınıb ki, ikinci yerdə 4,84 faizlə mənzil sektoru gəlir.
Bizi sosial şəbəkələrdən izləyin!!