Aİ Tunisə maliyyə yardımı ayırmağa hazırlaşır | Banco.az

Aİ Tunisə maliyyə yardımı ayırmağa hazırlaşır

Müəllif - Aida İsaq, Banco.az

Aİ Tunisə maliyyə yardımı ayırmağa hazırdır.

Banco.az xəbər verir ki, bunu Afrika Respublikasının prezidenti Kays Səidin, Niderlandın baş naziri Mark Ruttenin və italiyalı həmkarı Corciya Melonun iştirakı ilə baş tutan görüş zamanı Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib. Görüş zamanı tərəflər iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi, enerji sektorunda davamlı tərəfdaşlıq və miqrasiya sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Danışıqlar zamanı üç Avropa ölkəsinin liderləri Tunisə BVF tərəfindən 1,9 milyard dollar kredit ayrılması üçün dəstək verəcəklərini vurğulayıb. Qeyd olunur ki, bu qərar ağır maliyyə böhranını yumşaltmaq və bölgədə defolt riskinin qarşısını almaq fonunda qəbul edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et