Türkiyənin sənaye istehsalı azalıb | Banco.az

Türkiyənin sənaye istehsalı azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Aprel ayı ərzində Türkiyənin sənaye istehsalı azalma göstərib.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) aprel ayı üzrə sənaye istehsalı statistikasını açıqlayıb.

Bu statistikaya görə məlum olub ki, ölkədə sənaye istehsalı aprel ayında əvvəlki ayla nəzərən 0,9 faiz azalıb. İllik azalma isə 1,2 faiz təşkil edib.

İqtisadçılar sənaye istehsalında aylıq 0,6 faiz, illik 0,8 faiz artım gözləyirdilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram