Çində istehlak qiymətləri bahalaşıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Çində istehlak qiymətləri bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çində istehlak qiymətləri bahalaşsa da, istehsalçı qiymətləri aşağı düşüb.

Banco.az xəbər verir ki, Çin Milli Statistika Təşkilatının məlumatına görə, may ayında Çində istehlak qiymətləri indeksi bir il əvvəllə müqayisədə 0,2 faiz artıb.

İqtisadçılar aprel ayında qeydə alınan iki illik minimum - 0,1 faizdən sonra 0,3 faiz artım gözləyirdilər.

Qiymətlər aylıq əsasda isə 0,2 faiz azalıb ki, iqtisadçılar 0,1 faiz azalma proqnozlaşdırırdılar.

Ölkədə istehsalçı deflyasiyası may ayında da davam edib. Belə ki, stehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,9 faiz, keçən ilin eyni dövrü ilə müqayisədə isə 4,6 faiz azalıb. Bu, 2016-cı ilin fevralından bəri ən sürətli azalma kimi qeydə alınıb. İqtisadçılar may ayında istehsalçı qiymətlərinin illik 4,3 faiz azalacağını gözləyirdilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram