Müəllif: Tamara Mustafayeva, Banco.az
“Apple Türkiyə” 1 ayda 3-cü qiymət artımını reallaşdırıb.
Banco.az xəbər verir ki, USD/TL məzənnəsindəki yüksəliş idxal məhsullarının qiymətlərində də özünü göstərməyə başlayıb.
3 gün əvvəl Türkiyədə qiymətləri qaldıran “Apple” Dollar/TL məzənnəsinin rekord qırmasından sonra məhsullarında yeni qiymət artımları edib.
Belə ki, ən bahalı iPhone 14 Pro Max hazırda 76 min 499 TL-yə satılır ki, cəmi üç həftə ərzində məhsuldakı qiyməti artım nisbəti 30 faizə çatıb.
Yeni qiymətlər aşağıdakı kimidir:
- iPhone 14 başlanğıc qiyməti: 42 min 499 TL
- iPhone 14 Plus 128GB: 46 min 999 TL
- iPhone 14 PRO başlanğıc qiyməti: 54 min 999 TL
- iPhone 14 Pro 1 TB: 72 min 499 TL
- iPhone 14 Pro Max Başlanğıc qiyməti: 54 min 999 TL
- iPhone 14 Pro Max 1 TB: 76 min 499 TL
Bizi sosial şəbəkələrdən izləyin!!