Müəllif: Aida İsaq, Banco.az
ABŞ Brent markalı neftin qiymətinə dair proqnozunu yeniləyib.
Banco.az xəbər verir ki, ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) OPEC və OPEC+ qrupunun hasilatın azaldılması qərarını əsas gətirərək bu il və gələn il üzrə Brent markalı neftin qiymət proqnozunu artırıb.
Bu barədə EIA-nın "2023-cü ilin iyun ayı Qısamüddətli Enerji Görünüşü Hesabatı"nda qeyd olunub.
Bildirilib ki, bu il Brent markalı neftin bir barelinin qiyməti orta hesabla 79,54 dollar olacaq. Bu rəqəm əvvəlki hesabatda 78,65 dollar idi.
Proqnozlaşdırılana görə, gələn il isə Brent markalı neftin bir barelinin qiyməti 83,51 dollara yüksələcək.
Bizi sosial şəbəkələrdən izləyin!!