Avstraliya iqtisadiyyatının artım tempi proqnozlara uyğun gəlməyib | Banco.az

Avstraliya iqtisadiyyatının artım tempi proqnozlara uyğun gəlməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avstraliya proqnozlardan az artım göstərib.

Banco.az xəbər verir ki, Avstraliya Statistika Təşkilatının (ABS) təqdim etdiri məlumatlara görə, ölkə iqtisadiyyatı ilin birinci rübündə əvvəlki rübə nəzərən 0,2 faiz artıb. Bu, ölkənin ötən 18 ay ərzindən, yəni 2021-ci ilin sentyabrında pandemiya məhdudiyyətlərinin ləğv edildiyi dövrdən bəri üzləşdiyi ən yavaş artım tempidir.

Avstraliyanın birinci rübdə ÜDM-i illik isə 2,3 faiz artaraq analitiklərin gözləntilərindən bir qədər aşağı olub. Belə ki, analitiklər 2,4 faiz artım gözləyirdilər.

Qeyd edək ki, Avstraliya iqtisadiyyatı ölkədə qiymətlərin bahalılığı və yüksək faiz dərəcələri istehlak xərclərini azaltdığı üçün ilin birinci rübündə əvvəlki rübə nəzərən daha zəif artım göstərib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et