Çin aparıcı banklardan depozit faizlərini azaltmağı istəyib | Banco.az

Çin aparıcı banklardan depozit faizlərini azaltmağı istəyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin hakimiyyəti ölkənin ən böyük banklarından bu il ikinci dəfə depozit faizlərini azaltmağı tələb edib.

Banco.az xəbər verir ki, məsələ ilə tanış olan mənbələrin məlumatına görə, ötən həftə aralarında “Bank of China Ltd.”, “Industrial & Commercial Bank of China Ltd.” və “Bank of Communications Co.”nun da olduğu dövlət banklarından bir çox məhsulları üzrə faiz dərəcələrini azaltmağı xahiş ediblər.

Belə ki, banklardan bir illik əmanətlər üzrə faiz dərəcələrini 5 baza bəndi, 3-5 il müddətinə olan əmanətlər üzrə isə 10 baz bəndi aşağı salmaq tələb olunub.

Qeyd edək ki, bir illik əmanətlər üzrə 0,25%, üç və beş illik əmanətlərə isə müvafiq olaraq 2,6 və 2,65% faiz tətbiq edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et