"Twitter"in reklam gəlirləri azalıb | Banco.az

"Twitter"in reklam gəlirləri azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Twitter” şirkətinin reklam gəlirlərində azalma müşahidə olunub.

Banco.az xəbər verir ki, “Twitter” şirkətinin aprelin 1-dən mayın ilk həftəsinə qədər hesablanan ABŞ üzrə reklam gəlirləri əvvəlki ilə nəzərən 59 faiz azalaraq 88 milyon dollara düşüb.

Bu barədə “New York Times” nəşri xəbər yayıb.

Xəbərdə qeyd olunub ki, şirkət ABŞ üzrə həftəlik satış proqnozlarını çox vaxt doğrulda bilməyib, bəzən hətta 30 faizə qədər aşağı düşüb. Rəsmi məlumatlar göstərir ki, bu vəziyyətin tezliklə yaxşılaşacağı ehtimalı yoxdur.

Xatırladaq ki, şirkətin sahibi İlon Mask bu yaxınlarda “Twitter”in reklam biznesinin yaxşılaşmaqda olduğunu açıqlamışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et