PAŞA Sığortadan Tam KASKO sığortası üzrə yeni kampaniya! – Kaskidən endirimli KASKO! | Banco.az

PAŞA Sığortadan Tam KASKO sığortası üzrə yeni kampaniya! – Kaskidən endirimli KASKO!

PAŞA Sığorta yay fəslinə hazırlaşan avtomobil sahibləri üçün xüsusi kampaniya elan edir. Kampaniya şərtlərinə əsasən, 02.06.2023-03.07.2023 tarixlərində Tam KASKO sığortası əldə edəcək avtomobil sahibləri (tarixçəsi zərərli olan sürücülər istisna olmaqla)  öz avtomobilinin istehsal ilinə uyğun olaraq 23%-dək endirim imkanı əldə edə biləcək. Avtomobilinin istehsal ili 2005-ci il və daha yuxarı olan, sığorta haqqı 500 AZN-dən yüksək olan fərdi müştərilərə avtomobilin istehsal ilinə uyğun endirim tətbiq ediləcək. Nümunə olaraq, istehsal ili 2008-ci il olan avtomobillər üçün 8% endirim tətbiq ediləcək.

Tam KASKO əldə edən müştərilər hissəvi ödəniş imkanından yararlanaraq avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, üçüncü şəxsin qanunazidd hərəkəti, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, yanğın və partlayış, heyvanların hərəkəti, təbii fəlakət və bir sıra digər risklərə qarşı avtomobilini təminat altına almış olacaqlar.

KASKO sığortasını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat üçün *7000 - Sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya və ya https://cutt.ly/Kaskidenendirimlikasko keçidi ilə onlayn müraciət edə bilərsiniz. Bununla yanaşı, avtomobilin marka/modeli, istehsal tarixi, təqribi bazar dəyəri, əlaqə nömrəsi kimi məlumatları, həmçinin şəxsiyyət vəsiqəsi və avtomobilin qeydiyyat şəhadətnaməsinin şəklini mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook və ya Instagram səhifəsinə göndərərək KASKO sığortası üçün müraciət edə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram