Müəllif - Aida İsaq, Banco.az
Cənubi Koreyada inflyasiya son 19 ayın ən aşağı səviyyəsinə düşüb.
Banco.az xəbər verir ki, eyni zamanda əsas inflyasiya yüksək olaraq qalır. Cənubi Koreya Statistika Bürosunun verdiyi açıqlamaya görə, istehlak qiymətləri may ayında əvvəlki ilin eyni ayına görə 3,3 faiz artıb. Beləliklə, indeks 2021-ci ilin oktyabrından bəri ən aşağı səviyyəyə çatıb. Ötən ilin iyulunda isə inflyasiya 6,3 faizlə 24 ilin ən yüksək səviyyəsinə çatıb.
Bununla yanaşı, inflyasiya səviyyəsi hələ də Cənubi Koreya Mərkəzi Bankının (BoK) 2.0 faiz hədəfindən yuxarıdır.
Bizi sosial şəbəkələrdən izləyin!!