Müəllif - Aida İsaq, Banco.az
Avropanın yaşıl enerjiylə bağlı müsbət irəliləyişlərə nail olması Çinin iştirakı olmadan çətindir.
Banco.az xəbər verir ki, bu fikri Hollandiyanın ticarət naziri Liesje Şraynemaxer səsləndirib. Nazir ölkənin təmiz texnologiya üzərində bir çox araşdırmalar və təkmilləşdirmə işləri apardığını vurğulayıb. Hollandiyanın Çinlə güclü ticarət əlaqələrinin olduğunu qeyd edən Liesje Şraynemaxer hər iki tərəfin iqtisadiyyatının davamlı inkişafı və yaşıl enerji sektoru üçün səylərin birləşdirilməsinə ehtiyac olduğunu açıqlayıb.
Nazir ilin sonuna qədər ticarət heyəti ilə Çinə səfər edəcəyini də bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!