Azərbaycanda ƏDV üzrə proqnoz 18%-dən çox artırılır | Banco.az

Azərbaycanda ƏDV üzrə proqnoz 18%-dən çox artırılır

Azərbaycanın yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin gəlirlərinin 7 152 milyon manatı əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmaların payına düşəcək.

Məlumata görə, bu, 2023-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 18,4 % çoxdur.

Yenilənmiş məbləğin 56,8%-ni və yaxud 4 060 milyon manatını Dövlət Gömrük Komitəsi, 43,2 %-i və yaxud 3 092 milyon manatını isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti təmin edəcək. Bunlar isə 2023-ci ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə müvafiq olaraq 25,8 % və 9,9 % çoxdur.

Xatırladaq ki, dəyişikliklə bu il büdcə gəlirlərinin 33 milyard 779,5 milyon manat, büdcə xərclərinin isə 36 milyard 568,8 milyon manat olacağı gözlənilir.

Report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et