Müəllif: Tamara Mustafayeva, Banco.az
İstanbul Hava Limanı 15-21 may tarixlərində Avropanın ən işlək hava limanına çevrilib.
Banco.az xəbər verir ki, 29 oktyabr 2018-ci il tarixində istifadəyə verilən İstanbul Hava Limanı Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının (Eurocontrol) 15-21 may tarixlərini əhatə edən “Avropa Aviasiya Hesabatı”nda birinci pillənin sahibi olub.
Belə ki, hesabata görə, İstanbul Hava Limanı bu müddət ərzində gündə orta hesabla 1401 aviareyslə Avropanın ən işlək hava limanları arasında birinci yerin sahibinə çevrilib.
Onu gündəlik orta hesabla 1330 aviareyslə Amsterdam Schiphol, 1302 aviareyslə isə London Hitrou hava limanları izləyib.
Bizi sosial şəbəkələrdən izləyin!!