Müəllif - Aida İsaq, Banco.az
Yaponiya hökuməti Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edib.
Banco.az xəbər verir ki, müvafiq məhdudiyyətlər memar və mühəndisləri də əhatələyəcək. Məlumata görə, qadağalar artıq tətbiq edilmiş sanksiyalardan yayınmağa çalışan 100-ə yaxın şəxs və təşkilatın aktivlərinin dondurulmasını özündə ehtiva edir. Bununla yanaşı, Tokio Rusiya silahlı qüvvələri ilə əlaqəli 80-ə yaxın rus təşkilatının ixracını qadağan edəcək. Həmçinin hazırda Rusiya müştərilərinə memarlıq və mühəndislik xidmətləri göstərmək də qadağan olunur.
Qeyd edək ki, daha öncə, Yaponiya və ABŞ növbəti Rusiyaya qarşı sanksiyaların tətbiqi və Ukraynaya dəstəyin davam etdirilməsi ilə bağlı razılığa gəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!