G7 liderləri qlobal ərzaq təhlükəsizliyi böhranına qarşı əməkdaşlığa çağırıblar | Banco.az

G7 liderləri qlobal ərzaq təhlükəsizliyi böhranına qarşı əməkdaşlığa çağırıblar

Müəllif: Tamara Mustafayeva, Banco.az

G7 liderləri dünyanın qıtlıq riski ilə üzləşdiyini və pisləşən qlobal ərzaq təhlükəsizliyi böhranını həll etmək üçün birgə işləməyin vacibliyini vurğulayıblar.

Banco.az xəbər verir ki, Yaponiyanın Xirosima şəhərində keçirilən G7 Liderlər Sammiti dünən öz işini yekunlaşdırın. 

G7 liderləri sammit çərçivəsində “Qlobal Ərzaq Təhlükəsizliyi üzrə Xirosima Fəaliyyət Bəyannaməsi”ni açıqlayıblar.

Bəyannamədə Kovid-19 pandemiyası, Rusiya-Ukrayna müharibəsi, qeyri-sabit enerji və gübrə qiymətləri kimi bir sıra amillərin qlobal ərzaq təhlükəsizliyinə risk faktoru yaratdığı vurğulanaraq 2021-ci ildə dünya üzrə 828 milyona yaxın insanın aclıqla üzləşdiyi bildirilib.

Potensial qıtlıq riskinə diqqət çəkilən bəyanatda getdikcə pisləşən qlobal ərzaq təhlükəsizliyi böhranına qarşı birlikdə işləməyin vacibliyi qeyd edilib və tərəflər Qara Dəniz Taxıl Təşəbbüsünün maksimum potensialında düzgün işləməsini təmin etməyə çağırılıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et