Artıq “Google”da süni intellektlə yaradılmış məzmunu anlamaq mümkün olacaq | Banco.az

Artıq “Google”da süni intellektlə yaradılmış məzmunu anlamaq mümkün olacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Google” istifadəçilərin yanıldıcı və süni intellekt şəkillərini müəyyən edə bilməsi üçün yeni addım atıb.

Banco.az xəbər verir ki, süni intellekt tərəfindən ərsəyə gətirilmiş şəkillər, videolar və məzmunlar internet aləmində getdikcə daha çox yer tutmağa başlayıb. Süni intellektin inkişafı və nail olduğu uğurlar da öz növbəsində bu məzmunların süni intellektlə, yoxsa insanlar tərəfindən yaradıldığını anlamağı çətinləşdirir. Odur ki, aparıcı axtarış sistemlərindən biri olan “Google”un ana şirkəti “Alphabet” yeni addımı ilə bu ziddiyyətin qarşısını alacağını açıqlayıb.

Süni intellektlə yaradılan məlumat və kadrların ayırd edilməsi üçün iki yeni funksiya tətbiq etdiyini açıqlayan şirkətin ilk yeni funksiyası “Bu fotoşəkil haqqında” seçimin əlavə edilməsidir.

Bu yeniliyin məqsədi təkcə süni intellektlə yaradılan şəkilləri aşkara çıxarmaq deyil, həm də istifadəçilərə orijinal mənbəni müəyyən etmək və xəbər təşkilatları tərəfindən təqdim edilmiş hər hansı bir kadrı anlamağa kömək etməkdir.

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, “Google” AI (Süni intellekt) tərəfindən yaradılan hər bir təsvirin xüsusi işarə ilə göstəriləcəyini də qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et