Çin və Ekvador azad ticarət sazişi imzalayıb | Banco.az

Çin və Ekvador azad ticarət sazişi imzalayıb

Müəllif - Aida İsaq, Banco.az

Çin və Ekvador arasında azad ticarət sazişi imzalanıb.

Banco.az xəbər verir ki, onlayn formada əldə olunan rəsmi razılaşmada Çin tərəfdən ticarət naziri Vanq Ventao, Ekvadordan isə xarici ticarət, istehsal və balıqçılıq naziri Xulio Xose Prado iştirak edib. Əldə edilən razılaşma Çin və Cənubi Amerika dövləti arasında iqtisadi əməkdaşlığın sabit və inamlı inkişafını təmin etmək üçün nəzərdə tutulub.

Məlumata görə, növbəti mərhələdə beynəlxalq əməkdaşlığın ratifikasiyası ən qısa zamanda həyata keçiriləcək.

Qeyd edək ki, iki dövlət arasında azad ticarət sazişi üzrə danışıqlar 2022-ci ilin fevralında başlayıb. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et