Müəllif - Aida İsaq, Banco.az
Pakistan neftin yuanla ticarəti üçün Rusiya ilə danışıqlar aparmağa çalışır.
Banco.az xəbər verir ki, bunu Pakistanın federal energetika naziri Xürrəm Dəstgir Xan bildirib. O, Pakistan rupisi və Çin yuanından ödəniş valyutası kimi istifadəni dəstəkləyəcək uzunmüddətli razılaşmanın əldə olunmasına ümid etdiyini vurğulayıb.
Qeyd edək ki, hazırda Rusiya ilə Pakistan arasında imzalanan tək saziş ödənişlərin ABŞ dolları ilə həyata keçirilməsini dəstəkləyir. Pakistanın hesablamalarına görə, Rusiyadan olan tədarük ölkənin yanacağa olan tələbatının 35%-ə qədərini ödəyəcəyi gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!