Müəllif - Aida İsaq, Banco.az
İtaliyada 10 il ərzində kommunal xidmətlər əhalinin gəlirlərinin 11,5% artması ilə 68,7% bahalaşıb.
Banco.az xəbər verir ki, məlumata görə, orta italyan ailəsi üçün elektrik, qaz, su və tullantıların yığılması xidmətləri ildə orta hesabla 1625 avroya başa gəlir. Ən çox bahalaşma elektrik enerjisində qeydə alınıb. Belə ki, elektrik enerjisinin qiyməti 2012-ci ildən bəri maksimum 2,5 dəfə artıb. Hər ailə üçün 524 avrodan 2022-ci ildə 1322 avroya qədər bahalaşma müşahidə olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!