ABŞ-ın xarici ticarət kəsiri azalıb | Banco.az

ABŞ-ın xarici ticarət kəsiri azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Mart ayında ABŞ-ın ticarət kəsiri azalıb.

Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi mart ayının xarici ticarət balansı üzrə məlumatları açıqlayıb.

Bu məlumatlara görə, mart ayında ölkənin xarici ticarət kəsiri əvvəlki aya nəzərən 9,1 faiz azalaraq 64,2 milyard dollara geriləyib. Bu, həm də ötən dörd ayın ən aşağı səviyyəsidir.

Geriləməyə baxmayaraq, yenə də bazar proqnozlarından çox olan ticarət kəsirinin bu dövrdə 63,3 milyard dollar hesablanacağı düşünülürdü.

Martda ölkənin ixracı 2,1 faiz artaraq 256,2 milyard dollar olubsa, idxal da 0,3 faiz azalaraq 320,4 milyard dollar qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, sözügedən dövr ərzində ABŞ-ın Avropa İttifaqı (Aİ) və Çinlə ticarət kəsirində azalma, Kanada ilə artım nəzərə çarpır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et