Keyfiyyətsiz malların Azərbaycana gətirilməsinin qarşısını almaq üçün bu sahibkarlar barəsində tədbirlər görülməlidir.
Bunu deputat Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
Onun sözlərinə görə, bu gün yerli bazara saxta qidalar, keyfiyyətsiz mallar daxil edilir: "Hesab edirəm ki, bu kimi təhlükəli halların qarşısının alınması üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ciddi şəkildə işləməlidir".
R.Quliyev bildirib ki, yaşlı nəsil o məhsulların içərisində nələrin olduğunu bilmir: "Mənim valideynlərim zəng edir ki, "bir dərman var, onu içənin ağ saçları qaralır". Yaşlı nəsil belə məhsullarla aldana bilir".
Deputat qeyd edib ki, bunun üçün də saxta malların daxil edilməsinə qarşı aidiyyəti orqanlar qabaqlayıcı tədbirlər görməlidir.
report
Bizi sosial şəbəkələrdən izləyin!!