Azərbaycan KOB-ları Moskva ilə əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə edib | Banco.az

Azərbaycan KOB-ları Moskva ilə əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə edib

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Moskva hökumətinin nümayəndələri ilə görüşdə işgüzar dairələr arasında əməkdaşlıq, KOB-lar arasında əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə edib.

Məlumata görə, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycanda səfərdə olan Moskva hökumətinin naziri, Moskva şəhərinin xarici iqtisadi və beynəlxalq əlaqələr şöbəsinin müdiri Sergey Çeremin və Moskva İxrac Mərkəzinin icraçı direktoru vəzifəsini icra edən Vitaliy Stepanov ilə görüşüb.

Görüşdə hər iki ölkənin işgüzar dairələri və müvafiq qurumları ilə əməkdaşlıq, KOB-lar arasında əlaqələrin genişləndirilməsi imkanları, onların iştirakı ilə birgə tədbirlərin təşkili barədə fikir mübadiləsi aparılıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et