İsveçrə Azərbaycanda “Kiçik biznes üçün maliyyə və məsləhət” layihəsini maliyyələşdirəcək | Banco.az

İsveçrə Azərbaycanda “Kiçik biznes üçün maliyyə və məsləhət” layihəsini maliyyələşdirəcək

İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) Azərbaycanda “Kiçik biznes üçün maliyyə və məsləhət” layihəsini maliyyələşdirməyə qərar verib.

Bu barədə İsveçrənin Azərbaycandakı səfirliyinə istinadən xəbər verilir.

Məlumata görə, SECO 2027-ci ilə qədər davam edəcək bu layihəyə 2 milyon İsveçrə frankı (təxminən 2,25 milyon ABŞ dolları) ayıracaq.

Layihə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Kiçik Biznesə Təsir Fondunun (SBIF) xətti ilə həyata keçiriləcək, kiçik və orta sahibkarlığa məsləhət və nəticəyə yönəlik maliyyələşdirmə ilə dəstək vermək məqsədi daşıyır.

Report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et