Müəllif - Aida İsaq, Banco.az
Dollar hazırda aparıcı valyuta olsa da, dünya bazarında yuanın məzənnəsi getdikcə güclənir.
Banco.az xəbər verir ki, bu barədə Britaniyanın “The Economist” nəşri məlumat yayıb. Bildirilir ki, zaman-zaman alternativ ehtiyat valyutaya tələbat yaranır. Bununla yanaşı, dolların qaçılmaz tənəzzülü ilə bağlı proqnozlar getdikcə çoxalır. Ekspertlər Rusiya iqtisadiyyatının sanksiyalardan yan keçərək ixracatının 16 faizinin hazırda yuanla ödənilməsinə xüsusi diqqət çəkib.
Bundan başqa, SWIFT-in Çin alternativi də sürətlə inkişaf edir. Pekin də ikitərəfli ticarətdə tədricən yuanla hesablaşmalara keçid edir. Qeyd olunur ki, yeni rəqəmsal ödəniş texnologiyaları və mərkəzi bankın rəqəmsal valyutaları ABŞ-ın iştirakı olmadan bütün dünyada pul köçürməsini asanlaşdıra bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!