Avrozonanın ikinci ən böyük iqtisadiyyatı üçün kredit reytinqi aşağı salınıb | Banco.az

Avrozonanın ikinci ən böyük iqtisadiyyatı üçün kredit reytinqi aşağı salınıb

Müəllif - Aida İsaq, Banco.az

“Fitch Ratings” avrozonanın ikinci ən böyük iqtisadiyyatı olan Fransanın kredit reytinqini aşağı salıb. 

Banco.az xəbər verir ki, artan büdcə kəsiri fonunda respublikanın indeksi AA-dan AA- səviyyəsinə endirilib. AA diapazonunda kredit reytinqi dövlətin öz suveren borc öhdəlikləri üzrə yüksək ödəmə qabiliyyətini ehtiva edir. Lakin AA- səviyyəsi ölkəni A dəhlizindən cəmi bir addım ayırır. Bu isə dövlətin əlverişsiz biznes və ya iqtisadi şərait səbəbindən ödənişlərlə bağlı problemlərlə üzləşə biləcəyini göstərir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram