Almaniyanın ən böyük bankı kütləvi ixtisarlar həyata keçirir | Banco.az

Almaniyanın ən böyük bankı kütləvi ixtisarlar həyata keçirir

Müəllif - Aida İsaq, Banco.az

Almaniyanın ən böyük bankı “Deutsche Bank” işçilərini kütləvi şəkildə ixtisar etdiyini açıqlayıb. 

Banco.az xəbər verir ki, maliyyə qurumu arxa ofis əməkdaşlarından 800 nəfərini ixtisar etməyi və baş menecerlərin sayını ondan doqquza endirməyi planlaşdırır. Məlumata görə, işdən çıxarılmalar bankın sabit gəlirli aktivlərin ticarətindən əldə etdiyi gəlirin 17 faiz azalması ilə bağlıdır. Bu, maliyyə hesabatlarını dərc etmiş investisiya bankları arasında ən pis göstəricilərdən biridir. Gəlirlərin azalması fonunda bank ilin sonuna qədər 2,5 milyard avro qənaət etmək niyyətindədir.

Qeyd edək ki, bank artıq bir ildən çoxdur ki, xərclərin azaldılması üzərində işləyir. 2022-ci ildə bir sıra tədbirlər həyata keçirilsə də, digər Avropa təşkilatları ilə müqayisədə şirkətin gəlirlərlə bağlı xərcləri hələ də yüksəkdir.

Ən sərfəli kredit üçün müraciət et

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram