Müəllif - Aida İsaq, Banco.az
Avropa Komissiyası Ukraynadan günəbaxan yağının idxalına qadağa tətbiq etməyə razılıq verib.
Banco.az xəbər verir ki, bu barədə Polşanın kənd təsərrüfatı naziri Robert Telus bildirib. Onun sözlərinə görə, eyni zamanda bu məhsulun tranzitinə icazə veriləcək. Nazir ölkəsinin polşalı fermerlərin maraqlarını qorumaq üçün atılan addımlardan geri çəkilməyəcəyini vurğulayıb.
Qeyd edək ki, Polşa hakimiyyəti həmçinin Ukraynadan un, şəkər, bal, dondurulmuş meyvə, yumurta, ət, süd məhsulları, alma şirəsi və alma konsentratının idxalını qadağan etmək niyyətindədir.
Bundan əvvəl Avropa Komissiyası Ukraynadan buğda, qarğıdalı, kolza və günəbaxan toxumlarının idxalına qadağa qoyulmasına razılıq verib.
Bizi sosial şəbəkələrdən izləyin!!