Müəllif - Aida İsaq, Banco.az
Elektrikli avtomobillərin satışı 2022-ci ilə nisbətən 55% artaraq 10 milyon ədədi keçib.
Banco.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatında bildirilir. IEA-nın proqnozlarına görə, 2023-cü ilin sonuna qədər belə avtomobillərin satışı 14 milyon ədədə çataraq yeni rekord səviyyəyə yüksələcək.
Ümumilikdə 2022-ci ildə 26 milyondan çox elektrikli avtomobil istifadə olunub ki, bu da 2021-ci illə müqayisədə 60% çoxdur. Enerji agentliyi Çini elektrik avtomobillərinin satışında dünya lideri adlandırıb. Bu ölkə 2022-ci ildə satılan bütün yeni avtomobillərin 60%-ni alıb. Hindistan, Tailand və İndoneziya vətəndaşları 2021-ci ilə nisbətən üç dəfə çox elektrik avtomobilləri alıb.
Bizi sosial şəbəkələrdən izləyin!!