“Netflix”in abunəçi sayı artmağa davam edir | Banco.az

“Netflix”in abunəçi sayı artmağa davam edir

Müəllif - Aida İsaq, Banco.az

2023-cü ilin yanvar-mart aylarında “Netflix” abunəçilərinin sayı 1,75 milyon artıb.

Banco.az xəbər verir ki, “Netflix” abunəçilərinin sayı 2023-cü ilin birinci rübündə (yanvar-mart) 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4,9% və ya 1,75 milyon nəfər artaraq 232,5 milyon istifadəçiyə çatıb. Hesabat dövründə xidmətin gəliri 3,7% artaraq 8,16 milyard dollara çatıb. Əməliyyat mənfəəti isə 1,7 milyard dollar təşkil edib. Bir il əvvəl bu rəqəm 1,9 milyard dollara bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram