Çin Mərkəzi Bankı 8 aydır ki, faiz dərəcəsini dəyişməz saxlayır | Banco.az

Çin Mərkəzi Bankı 8 aydır ki, faiz dərəcəsini dəyişməz saxlayır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin Xalq Bankı (Mərkəzi Bank) standart kredit faiz dərəcəsini sabit saxlayıb.

Banco.az xəbər verir ki, proqnozlara uyğun olaraq, Çin Xalq Bankı bu ay da standart kredit faiz dərəcəsini (LDR) dəyişməyərək 3,65%, 5 illik dərəcəsini isə 4,30% səviyyəsində saxlayıb.

Qeyd edək ki, mərkəzi bank faiz dərəcəsini 8 aydır ki, dəyişməz saxlayır.

“JPMorgan Asset Management”in qlobal bazar strateqi Çaopinq Çju birinci rüb üzrə iqtisadi məlumatların həm ev təsərrüfatları üzrə, həm də xarici tələbdəki zəiflikləri gizlətdiyini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et