Azərbaycan İsrail ilə potensial tərəfdaşlıq sahələrini və gələcək əməkdaşlıq istiqamətlərini müzakirə edib.
Bu barədə müzakirələr İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovun İsrailin Holon şəhərinin merinin müavini, İsrail-Azərbaycan İşgüzar Şurasının İdarə Heyətinin sədri Maykl Sutovski ilə keçirilən görüşdə aparılıb.
Görüşdə hər iki ölkənin sahibkarları arasında əməkdaşlığın genişləndirilməsi üçün birgə təşəbbüslərə, iş adamları arasında potensial tərəfdaşlıq sahələrinə və gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.
Bizi sosial şəbəkələrdən izləyin!!