"Bank of America" I rüb üzrə maliyyə göstəricilərini açıqlayıb | Banco.az

"Bank of America" I rüb üzrə maliyyə göstəricilərini açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın ikinci ən böyük bankı olan “Bank of America”nın ilk rübdə mənfəəti gözləniləndən çox olub.

Banco.az xəbər verir ki, “Bank of America” ilin birinci rübü üzrə balans hesabatını dərc edib.

Buna görə, bankın birinci rübdə mənfəəti 7,66 milyard dollardan 8,16 milyard dollara yüksəlib, səhm üzrə mənfəət isə 94 sent olub ki, proqnozlar 82 sent idi.

Bankın gəlirləri əvvəlki illə müqayisədə 13 faiz artaraq 26,26 milyard dollara çatıb. Xalis faiz gəliri isə ilk üç ayda 25 faiz artaraq 14,4 milyard dollara çatıb. Analitiklər 24 faiz artım gözləyirdilər.

Valyuta, sabit gəlirli alətlər və əmtəə əməliyyatları faiz dərəcələrinin artması ilə əlaqədar olaraq birinci rübdə 30 faiz artaraq 3,4 milyard dollara çatıb ki, bu da bankın mənfəətinin proqnozları üstələməsində təsirli olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et