Müəllif: Tamara Mustafayeva, Banco.az
Böyük Britaniyada işsizlik fevral ayında artıb.
Banco.az xəbər verir ki, İngiltərə Milli Statistika İdarəsinin (ONS) verdiyi açıqlamada yanvar ayında 3,7 faiz olan işsizliyin fevral ayında 3,8 faizə yüksəldiyi, ölkədəki ümumi işsizlərin sayının hazırda 1 milyon 292 min səviyyəsində olduğu bildirilib.
Açıqlamada bildirilib ki, ölkənin məşğulluq bazarında ixtisaslı işçi çatışmazlığı cari ilin mart ayına olan statistikaya görə, 47 min nəfər azalaraq 1 milyon 105 min nəfər olub. Həmçinin qeyd olunub ki, cari inflyasiya nəzərə alındıqda, muzdla işləyənlərin gəlirləri mart ayında bonus ödənişləri nəzərə alınmadan 2,3 faiz azalıb.
Qeyd edək ki, İngiltərədə inflyasiya fevral ayında 10,4 faiz artaraq son 40 ilin ən yüksək səviyyəsinə yaxınlaşıb. Fevral ayında ərzaq qiymətləri də 18,2 faiz ilə son 45 ilin ən kəskin artımını qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!