Müəllif - Aida İsaq, Banco.az
Ukrayna iqtisadiyyatı üçün ən çətin dövr münaqişənin başa çatmasından sonra başlayacaq.
Banco.az xəbər verir ki, bu barədə “Vesti.ua” nəşri məlumat paylaşıb. Qeyd olunur ki, hesablamalara görə, bu günə qədər Ukraynanın bərpası üçün ən azı 411 milyard dollar tələb olunacaq. Bu isə 2022-ci ildə ölkənin ÜDM-dən 2,6 dəfə çoxdur.
Ekspertlərin sözlərinə görə, yaxın iki ildə ölkədə inflyasiya kifayət qədər yüksək səviyyədə olacaq. Eyni zamanda münaqişə bitdikdən sonra Qərb ölkələri Ukraynanı öz problemləri ilə baş-başa buraxacaq. Beləliklə, ölkə sənaye istehsalını inkişaf etdirə bilməyərək mənfi nəticələrlə üzləşməli olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!