2023-cü ilin yanvar-mart aylarında Azərbaycanda beş həyat sığorta şirkəti vasitəsilə toplanan sığorta yığımlarının həcmi 123 milyon 830,8 min manata bərabər olub.
Bu göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 53.5% və ya 43 milyon 133,8 min manat çoxdur. 2022-ci ilin yanvar-mart aylarında həyat sığorta şirkətləri 80 milyon 697 min manat sığorta haqqı toplaya bilmişdi. Bu dövrdə yaşam sığortasının həyat sığortasında bazar payı 94.3%-ə yüksəlib. Belə ki, ötən ilin eyni dövründə bu göstərici 91.6% təşkil etmişdi.
Cari ilin ilk 3 ayında həyatın yaşam sığortası üzrə ödənişlər isə 3.4 dəfə artaraq 54 milyon 775.1 min manata çatıb. Ötən ilin ilk 3 ayında bu sığorta növü üzrə ödənişlər 15 milyon 984.5 min manat təşkil edib.
Qeyd edək ki, həyatın yaşam sığortası yığımları adətən 3-5 illik dövrü əhatə edir. Əmək haqqının bir hissəsini hər ay həyatın yaşam sığortasına yönəldən işçilər müqavilənin sonunda əlavə edilmiş faizlə yanaşı, hər ay ödənilməli olan vergi və sosial sığorta ödənişlərini geri ala bilirlər.
APA
Bizi sosial şəbəkələrdən izləyin!!