Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ hökuməti elektrikli nəqliyyat vasitələrinin istifadəsini artırmaq üçün özəl və dövlət sektorlarını əhatə edən yeni investisiyalarını açıqlayıb.
Banco.az xəbər verir ki, Ağ Evin bəyanatında ABŞ prezidenti Co Baydenin 2030-cu ilə qədər bütün yeni avtomobil satışlarının 50 faizini elektrikləşdirməyi hədəflədiyi bildirilib.
Bəyanatda ABŞ-ın elektrikli avtomobillərə keçidini dəstəkləmək üçün yeni özəl və dövlət sektoru investisiyaları qeyd olunub və bu investisiyaların Baydenin yerli istehsalı təşviq etmək, təchizat zəncirlərini gücləndirmək, ölkənin rəqabət qabiliyyətini artırmaq və iş yerləri yaratmaq məqsədinin də bir hissəsi olduğu ifadə edilib.
Bəyanatda həmçinin elektrik avtomobil satışlarının artıq üç dəfə və Baydenin vəzifəyə başlamasından sonra ictimai enerji doldurma stansiyalarının sayının 40 faizdən çox artdığı diqqətə çatdırılıb və 3 milyondan çox elektrik avtomobilinin yollarda olduğu və ölkə daxilində 135 mindən çox ictimai elektrik avtomobili doldurma məntəqəsinin olduğu bildirilib.
Bizi sosial şəbəkələrdən izləyin!!