Çin iqtisadiyyatı gözləniləndən daha çox böyüyüb | Banco.az

Çin iqtisadiyyatı gözləniləndən daha çox böyüyüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin iqtisadiyyatı gözlənildiyindən daha çox artım göstərib.

Banco.az xəbər verir ki, Çin Milli Statistika Bürosunun məlumatına görə, 2023-cü ilin birinci rübündə ölkə iqtisadiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artıb. İqtisadçılar 4 faiz artım gözləyirdilər.

2022-ci ilin son rübündə artım 2,9 faiz təşkil edirdi. 

2023-cü ilin birinci rübündə ÜDM isə əvvəlki rüblə müqayisədə 2,2 faiz artıb.

ING-nin Çindəki baş iqtisadçısı İris Pang 2023-cü il üzrə 5 faizlik böyümə hədəfi təyin edən Çin hökumətinin bu hədəfə çatmaq üçün infrastruktur investisiyalarını sürətləndirməli olduğunu söyləyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram