Bu ilin yanvar-mart aylarında Azərbaycandakı xarici müəssisə və təşkilatlar əsas kapitala 945,8 milyon manat vəsait yönəldib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur.
Rüb ərzində xarici investisiyaların 914,4 milyon manatı (96,7 %-i) Böyük Britaniya, Fransa, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Rusiya, Norveç və İran sərmayədarlarına məxsus olub.
report
Bizi sosial şəbəkələrdən izləyin!!