İşsizlikdən sığorta fondunun sərbəst vəsaitindən istifadə qaydası təsdiqlənib | Banco.az

İşsizlikdən sığorta fondunun sərbəst vəsaitindən istifadə qaydası təsdiqlənib

“İşsizlikdən sığorta fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi Qaydası” təsdiq edilib.

Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Nazirlər Kabineti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bu Qayda “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 20.4-cü maddəsinə əsasən hazırlanıb və işsizlikdən sığorta fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə qaydasını müəyyən edir.

report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et