ABŞ Hindistanın əsas ticarət tərəfdaşı olub | Banco.az

ABŞ Hindistanın əsas ticarət tərəfdaşı olub

Müəllif - Aida İsaq, Banco.az

2022-2023-cü maliyyə ili üçün ABŞ Hindistanın əsas ticarət tərəfdaşı olub. 

Banco.az xəbər verir ki, bu barədə Hindistanın Ticarət və Sənaye Nazirliyi məlumat yayıb. Beləliklə, son maliyyə ilində ölkələr arasında ticarətin həcmi 2020-2021-ci illərdə illik 119,5 milyard dollara qarşı 7,65% artaraq 128,55 milyard dollara çatıb. Eyni dövrdə Hindistanın ABŞ-a ixracı əvvəlki maliyyə ilində 76,18 milyard dollarla müqayisədə 2,81% artaraq 78,31 milyard dollara çatıb. Müvafiq artım səviyyəsi əczaçılıq və maşınqayırma məhsulları, eləcə də qiymətli daşlar və zərgərlik məmulatlarının tədarükünün artırılması hesabına əldə edilib. Hindistanın ABŞ mallarının idxalı təxminən 16% artaraq 50,24 milyard dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et