Neftin qiyməti bir qədər bahalaşıb | Banco.az

Neftin qiyməti bir qədər bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünya bazarlarında neftin qiyməti stabilliyini saxlayır.

Banco.az xəbər verir ki, neft OPEC+-ın gözlənilmədən hasilatın azaldılması qərarının tədarük sıxlığına səbəb olacağı və İraqdan Türkiyəyə gündəlik 400 min barel ixracın dayandırılmasının ardından keçən həftə 7 faiz bahalaşdıqdan yeni iş həftəsinə stabil başlayıb.

ABŞ xam nefti OPEC+ ölkələrinin addımından sonra ötən həftə 7 faizə yaxın bahalaşdıqdan sonra hazırda 81 dollar ətrafında dəyişir.

Brent markalı neft isə 0,09 faiz bahalaşmaqla 85,20 dollara satılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram