Müəllif: Tamara Mustafayeva, Banco.az
Bu həftə qlobal bazarların diqqəti ABŞ-ın inflyasiya göstəriciləri başda olmaqla bir çox gündəm mövzusuna yönəlib.
Banco.az xəbər verir ki, qlobal fond birjaları ABŞ-da artmaqda olan tənəzzül narahatlıqları və pul siyasətləri ilə bağlı qeyri-müəyyənliyin ön plana çıxdığı ötən həftəni geridə qoyarkən yeni iş həftəsində daha mühüm göstəriciləri izləyəcəklər.
ABŞ-da həftə ərzində açıqlanan əmək bazarı məlumatları aktiv qiymətlərinə təsir etsə də, OPEC+ ölkələrinin əvvəlki həftə neft tədarükünü azaltmaq qərarı da bazarlarda qiymət qoyuluşunu çətinləşdirib.
Qeyd edək ki, ABŞ-da açıqlanan məlumatlara görə, mart ayında kənd təsərrüfatı istisna olmaqla məşğulluq gözləntilərə uyğun olaraq 236 min nəfər olaraq reallaşarkən, işsizlik nisbəti 3,6 faizdən 3,5 faizə geriləyib.
Bizi sosial şəbəkələrdən izləyin!!