ABŞ-da məşğulluq göstəricisi zəif artım göstərib, əməkhaqqı yüksəlib | Banco.az

ABŞ-da məşğulluq göstəricisi zəif artım göstərib, əməkhaqqı yüksəlib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da mart ayı üzrə kənd təsərrüfatından kənar məşğulluq məlumatları dərc olunub.

Banco.az xəbər verir ki, ABŞ-da ötən həftə açıqlanan məlumatlar tənəzzüllə bağlı narahatlıqları artırarkən, məşğulluq məlumatları üzrə mart ayının mənzərəsi aydın olub.

Mart ayında ABŞ iqtisadiyyatında əkinçilik istisna olmaqla məşğulluq artımı 236 min olaraq qeyd edilib. Bloomberg sorğusuna görə, ABŞ iqtisadiyyatının mart ayında 230 min xalis kənd təsərrüfatındankənar iş yeri yaratdığı proqnozlaşdırılmışdı.

Sözügedən dövrdə ölkədə işsizlik nisbəti isə 3,5 faiz olaraq açıqlanıb. İşsizlik nisbəti ilə bağlı gözlənti də məhz bu istiqamətdə idi.

İnflyasiya proqnozu baxımından izlənilən orta saatlıq qazanc gözləntilərə reallaşıb. Belə ki, mart ayında ölkədə orta saatlıq qazanc gözləntilərə uyğun olaraq əvvəlki aya görə 0,3 faiz artıb. Gəlirlərin illik artımı isə 4,2 faiz təşkil edib. Bu məlumat üçün gözlənti 4,3 faiz idi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram