"Bankçılıq böhranı başa çatmaq üzrədir" | Banco.az

"Bankçılıq böhranı başa çatmaq üzrədir"

Müəllif: Tamara Mustafayeva, Banco.az

JPMorgan/ Dimon: Bankçılıq sektorundakı böhran sona çatmaq üzrədir.

Banco.az xəbər verir ki, “JPMorgan”ın CEO-su Ceymi Dimonun sözlərinə görə, daha çox bankın vəziyyətinin pisləşməsinə baxmyaraq, ABŞ bankçılığındakı böhran sona yaxınlaşır.

Ölkənin bankçılıq nəhənglərindən “JPMorgan”ın CEO-su Ceymi Dimon təkcə bir ovuc bankın SVB-nin (Silikon Vadisi Bankı) yaşadığı problemlərlə qarşılaşdığını, hətta gələn həftə açıqlanacaq balans hesabatlarının böyük ölçüdə yaxşı olacağını bildirib.

CNN-ə verdiyi müsahibədə Dimona daha çox bankın iflas edib-etməyəcəyi ilə bağlı sual ünvanlanıb.

Bankirin cavabı isə belə olub: 

“Dəqiq deyə bilmirəm. Ancaq daha çox iflaslar görsək, yəqin ki, bunlar artıq sonuncu olacaq”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram