“ABŞ iqtisadiyyatı “fırtına buludları” ilə üz-üzədir” | Banco.az

“ABŞ iqtisadiyyatı “fırtına buludları” ilə üz-üzədir”

Müəllif - Aida İsaq, Banco.az

“Silicon Valley Bank” və “Signature Bank”ın müflisləşməsi nəticəsində yaranan bank böhranı tənəzzül ehtimalını artırır.

Banco.az xəbər verir ki, bu barədə “JPMorgan Chase”in baş direktoru Ceymi Dimon bildirib. Onun sözlərinə görə, ABŞ iqtisadiyyatı “fırtına buludları” ilə üz-üzədir. Eyni zamanda ekspert FED-in tətbiq etdiyi sərtləşdirmə rejiminin, inflyasiyanın və Rusiyanın Ukraynadakı müharibəsinin iqtisadiyyat üçün ən böyük risklər olduğunu bildirib. Bununla yanaşı, Ceymi Dimon iqtisadiyyata dair ümidli olduğunu qeyd edərək, gələcəkdə daha bir bank böhranının gözlənilməsi ilə bağlı sualı cavablandırmağın çətin olduğunu bildirib. Lakin o, artıq 2008-ci ildəki kimi bank böhranının gözlənilmədiyini də vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram